Veysəl Namiq
STİMUL Education & Consulting
Müdir
Namiq Veysəl 19 Sentyabr 1981-ci ildə Gürcüstanda, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Kəpənəkçi kənd 1 saylı orta məktəbini bitirdikdən sonra 2000-2005-ci illərdə “Xəzər Universiteti”nin “İqtisadiyyat və Menecment” fakültəsində, Beynəlxalq İqtisadi Əlaqələr üzrə ali təhsil almışdır. İctimai fəaliyyəti: 2000-ci ildən İctimai fəaliyyətlə məşğuldur. Bir neçə İctimai Birliyin həmtəsisçisi olmaqla yanaşı rəhbərliklərində təmsil olunmuşdur. 2000-2004-cü illərdə SABAH Gənclər Birliyinin idarə heyətinin üzvü və Xəzər Universitetindəki şöbəsinin sədri olmuşdur. 2007-ci ildən isə əsasən xeyriyyə və bir sıra sosial layihələri icra edən Stimul Gənclər Şəbəkəsinin təsisçilərindən biri və idarə heyətinin üzvüdür. Hazırda “Soydaş” İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür. . Mətbuat və araşdırma: Namiq müəllim 2000-ci ilən etibarən "Xəzər xəbər" jurnalında müxtəlif məqalələrlə çıxış etməyə başlamış, 2001-ci ildən 2004-cü ilədək tələbə məclisinin "Xəzər xəbər" jurnalı redaksiyasının rəhbəri olmuşdur. 2001-ci ildən etibarən Borçalıdakı türk toponimləri, qədim türk yurdu olan kənd və rayonların, şəhərlərin tarixi keçmişini, əhalinin tərkibi və yerdəyişmələri haqqında bir sıra araşdırmalar aparmışdır və bu gün də arxiv məlumatları əsasında araşdırmalarını davam etdirir. Əmək fəaliyyəti: Əmək fəaliyyətinə 2003-cü ilin fevralında "Kapital Bank" ASC-də (o vaxtkı "Beynəlxalq Universal Səhmdar Bankı") əməliyyatçı-mühasib kimi başlamış və 2003-cü ilin dekabrından isə o vaxtkı "Qaradağ Sement" ASC-də (indi Holcium Group) mühasib kimi fəaliyyətini davam etdirmiş və 2005-ci ilin mayınadək orada işləmişdir. 2005-ci ilin mayından etibarən isə Şahdəniz Qaz İxracı layihəsində Layihə menecerinin maliyyə və idarəetmə üzrə müavini vəzifəsində işləmişdir. 2006-cı ilin sonunda, layihəni tamamladıqdan sonra "British Petrolium" (BP) şirkətinin subpodratçılarından olan CRC11 şirkətinin baş ofisində mühasib kimi fəaliyyətini davam etdirmişdir. 2010-cu ilin aprelinədək bu şirkətin mühasibi işləmişdir. STİMUL-da fəaliyyəti: Namiq Veysəl 2008-ci ilin dekabr ayında fiziki çəxs kimi təhsil sahəsində fəaliyyətə başlamış və 2009-cu ilin əvvəlində STİMUL Təhsil və Konsultasiya mərkəzini təsis etmişdir. Hal hazırda təsisçisi olduğu STİMUL Təhsil və Konsultasiya Mərkəzinin direktoru olaraq onlarla Banklar, Nazirliklər, holdinqlər və yüzlərlə müəssisə və təşkilatların işçi heyətinin ixtisasartırmasını həyata keçirir. Hazırda "Kiçik və Orta Biznesin inkişafı Agentliyində" (KOBİA) yaradılmış "KOS subyektlərinin "ömür boyu öyrənmək" imkanlarının təmin edilməsi" üzrə komisyanın özəl sektor üzrə iki təmsilçisindən biridir. . Ailəlidir, 2 oğlu və 2 qızı var.
Telefon: +994 70 613 35 65
E-poçt: n.veysel@stimul.az
Qəbul günləri: həftə içi saat 10:00-dan 19:00-dək