30.03.2022
STİMUL Təhsil və Konsaltinq Mərkəzi və Tətbiqi Psixologiya Məktəbi "Psixoloji konsultasiya və psixoterapiya bacarıqları" təliminə qəbul elan edir.
Dərslər Tətbiqi Psixologiya Məktəbinin Psixoloq pedaqoqu, Xəzər Universitetində Humanitar Elmlər fakültəsində Uzman Psixoloq, 2012-ci ildən etibarən A.R.S.N Psixi Sağlamlıq Mərkəzində çalışan, eyni ildən Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən "Böhran Vəziyyətlərində Psixoloji Yardım" (BVPY) komandasında psixoloq vəzifəsini icra edən, Dünyada 6-16 yaşlı uşaqların intellektini ölçmək üçün istifadə edilən ən etibarlı intellekt testi olan Veksler İntellekt testini ilk dəfə Azərbaycana gətirərək tətbiqinə başlamış Xudaverdi Məmmədov tərəfindən tədris olunacaq.
Kurs 16 saat olmaqla, 4 saat nəzəriyyə və 12 saat praktika şəkilində təşkil olunacaq.
Kurs həftədə 1 dəfə öncədən müəyyənləşdirilən vaxtda təşkil olunur və 2 aya tamamlanır.
Sertifikat: Təlimin sonunda imtahandan uğurla keçənlər Tətbiqi Psixologiya Məktəbi adından sertifikatla təltif olunacaqlar.
_______________________
Təlimdə psixologiya tələbələri və praktik psixoloqlar iştirak edə bilərlər.